Azərbaycandan Şərq Tərəfdaşlığı sammitində Belarusa DƏSTƏK

Hazırda oxunan: Azərbaycandan Şərq Tərəfdaşlığı sammitində Belarusa DƏSTƏK

50905

Dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə ŞT ölkələri və Avropa İttifaqına üzv ölkələrin birgə bəyannaməsi qəbul edilib.

Bizim.Media-nın məlumatına görə, Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitində çıxış etdi


Belə ki, Azərbaycan Respublikası özünü Şərq Tərəfdaşlığı Sammitinin 15 dekabr 2021-ci il tarixli Birgə Bəyannaməsinin 11-ci bəndindən ayırıb və bu Birgə Bəyannamənin Qoşmasının 8-ci bəndində istinad edilmiş “münaqişənin təsirinə məruz qalmış regionlarda” Azərbaycan Respublikasının müvafiq müraciəti və razılığı olmadan həyata keçirilən hər hansı əməliyyata münasibətdə qeyd-şərti var.

Sammitdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel rəsmən bəyan edib ki, Azərbaycan birgə bəyannamənin Belarusdakı vəziyyətlə bağlı 11-ci bəndi ilə razılaşmayıb və həmin bəndlə bağlı öz mövqeyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin