İlham Əliyev: “Bizi Qazaxıstanla dostluq münasibətləri birləşdirir”

Hazırda oxunan: İlham Əliyev: “Bizi Qazaxıstanla dostluq münasibətləri birləşdirir”

50812

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi bu ölkənin müstəqilliyinin 30-cu ildönümü münasibəti ilə təbrik edib. 

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Xalqlarımızı dərin tarixi kökləri olan dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin