BMT Zəngilanın Bəsitçay qoruğuna dəstək verəcək

Hazırda oxunan: BMT Zəngilanın Bəsitçay qoruğuna dəstək verəcək

50767

"FAO (Azərbaycan-BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Zəngilandakı Bəsitçay qoruğunun bərpasına dəstək verə bilər. Xüsusilə, bu Şirvan və Hirkan qoruqları, həmçinin Zəngilanda yerləşən Bəsitçay qoruğu ola bilər" .

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib.

Onun sözlərinə görə, konkret Bəsitçayla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin planı və istəyi var: 

"Bəsitçayda deqradasiyasını görmək üçün ora getdim. Burada torpağın necə dəyişdiyini müəyyən edə biləcəyik. Qlobal Ekologiya Fondu torpaqların deqradasiyasının qarşısının alınması ilə bağlı layihə həyata keçirə bilər. Bu layihənin icra yeri Abşeron yarımadasında olacaq".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin