Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti üzvlərinin sayı artırıldı 

Hazırda oxunan: Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti üzvlərinin sayı artırıldı 

5076

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. 

Bizim.Media bildirir ki, Fərman Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun səmərəli fəaliyyətinin təşkili və idarəolunma mexanizminin optimallaşdırılması məqsədilə imzalanıb.

Fərmana müvafiq olaraq fondun İdarə Heyətinin tərkibinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi dörd nəfərdən - Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin üç müavinindən ibarət olacaq.

Əvvəl İdarə Heyətinin tərkibi 3 nəfərdən ibarət idi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin