Bəxtiyar Hacıyev: “Araz çayı haqqında bayatı İranın 44 günlük savaşdakı mövqeyinə cavab idi”

Hazırda oxunan: Bəxtiyar Hacıyev: “Araz çayı haqqında bayatı İranın 44 günlük savaşdakı mövqeyinə cavab idi”

5072

Bizim.Media olaraq, Zəfər paradında Türkiyə liderinin Araz çayı haqqında bayatı söyləməsinə rəsmi Tehranın niyə qıcıqlandığını araşdırmağa çalışdıq. Azərbaycanlı fəal, bloqqer Bəxtiyar Hacıyev suallarımıza cavabında bildirdi ki:

"İranın reaksiyası anlaşılandı, çünki orada çox sayda soydaşımız yaşayır. Əgər bu günə qədər İran həm açıq, həm qapalı şəkildə Ermənistanı dəstəkləyirdisə və cənublu soydaşlarımıza Azərbaycan məğlub bir ölkə kimi görünürdüsə, indi AR-nın qələbə qazanması, özünün ərazi bütövlüyünü təmin etməsi, Türkiyə ilə yaxınlaşması İranı narahat etməyə bilməzdi".

"Ərdoğanın çıxış zamanı cənublu soydaşlarımıza da bir növ mesaj yollaması Tehranı narahat edib" deyən Bəxtiyar Hacıyev 44 günlük savaşda İranın bitərəf qalmasını yanlışlıq adlandıran İran rəsmilərinin fikrinə də münasibət bildirib:

"Cavad Zərifin özü də bildirirdi ki, Azərbaycan əhalisinin böyük qismi islamın şiə təriqətinə aiddir və bu halda özü düşünməliydi ki, İran rəhbərliyi anlamalıydı ki, əhalisinin çoxunun şiə olduğu və beynəlxalq hüquqa görə ərazisi işğal olunan ölkəni yox, işğalçıları dəstəkləyib, şiə müsəlman çoxluğu olan ölkənin ərazi bütövlüyünün pozulmasına birbaşa, yaxud dolayı yollarla dəstək vermək, İran-Azərbaycan münasibətlərinə ciddi zərbə idi".

Hacıyevin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri əslində İranın mövqeyinə cavabdır. "Çünki əgər İran neytral qalsaydı, yaxud Bakını dəstəkləsəydi və bununla belə Azərbaycan başqa mövqe sərgiləsəydi, İranı başa düşmək olardı".

Buna görə də, Türkiyə liderinin səsləndirdiyi, Araz çayını da özündə ehtiva edən bayatı İranın 44 günlük savaşda görünən və görünməyən mövqeyinə cavab idi".

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin