Arif Hacılı ləzgidir, İsa Qəmbər kürd...

Hazırda oxunan: Arif Hacılı ləzgidir, İsa Qəmbər kürd...

50670

Deyəsən, Müsavatın maraqla gözlənilən qurultayı payızın ən qalmaqallı hadisəsi olacaq. İndidən həmin burulğanın küləyi əsməyə başlayıb...

Moderator.az mühacirətdə yaşayan müsavatçı Elbəyi Həsənlinin orijinal statusunu oxuculara təqdim edir:


"Arif Hacılı ləzgidir, İsa Qəmbər kürd...

Heydər Əliyev də erməni idi. Elə Elçibəy də erməni olub. Məmmədəmin Rəsulzadə də tat idi...

Bu barədə bir dəfə yazmışdım. Azərbaycanda oponentə qarşı yetərli arqument tapılmayanda, belə sərsəm iddialar ortaya çıxır. Düşünürlər ki, bununla rəqibi küncə sıxışdırmaq olar...

Deməli, Arif Hacılı ləzgidir və elə bu səbəbdən də bizim ona münasibətimiz fərqli olmalıdır. Mustafası o, Müsavat başqanı olmamalıdır. Çünki ortada "türk oğlu türk" var...

Siyasətlə ilgilənən hər kəs yaxşı bilir ki, insanlara etnik kimliyinə görə fərqli yanaşmaq faşizmə yuvarlanmaq deməkdir. Şübhəsiz ki, Azərbaycan bir türk dövlətidir. Biz türk olaraq digər etnik qruplara mənsub olan vətəndaşlarımıza yuxarıdan aşağ baxsaq, deməli, Azərbaycanın gələcəyini bəri başdan qaranlıqlara qərq edirirk.

Azərbaycanda yaşayan hər kəs, hətta bizim ölkənin vətəndaşı olan ermənilər bizim insandır. Bəli, biz əhalisinin etnik tərkibinin 99,9 faiz ermənilərdən ibarət olan Ermənistanla yeritdiyi faşist siyasətə görə düşmənik. Yəni ideologiya düşmənik, erməni xalqı ilə yox...

Müsavat partiyasında əksər etnik qrupların nümayəndələri cəmləşiblər. Bu, çox gözəldir. Ümummilli partiya məhz belə olmalıdır. Kimsə talış,kürd,ləzgi, dağlı... olaraq müsavatçı ola bilər, amma Müsavat Patiyasının başqanı ola bilməz, iddiası anormallıq əlamətidir. Bir daha vurğulayıram ki, belə yanaşma faşizmdən xəbər verir. Demokratiya uğrunda mübarizə aparan insanlar belə arqumentlərə söykənə bilməz...

Həmçinin hər bir Azərbaycan vətəndaşı bu ölkənin prezidenti ola bilər. Heç bir mədəni ölkədə ölkə prezidenti etnik mənsubiyyətə görə seçilmir. Tutaq ki, mən talışam və ya ləzgiyəm. Gedirəm, hər kəs kimi bu vətən üçün döyüşürəm. Vətən üçün canımdan-qanımdan keçirəm. Sonra birisi çıxıb mənə deyir ki, bəli, vuruşmusan, sağ ol, amma qüsura baxma, sən talış və ya ləzgi olduğuna görə o vəzifəni tuta bilmərsən. Hələ daha irəli gedənlər də olacaq. Soruşacaqlar ki, sən sünnisən, yoxsa şiəsən...

Əminəm ki, Müsavat Partiyasında başqan dəyişiklyi bütün demokratik prosedurlara əməl etməklə baş tutacaq. Kimin yeni başqan olacağını da seçkidə iştirak edənlər müəyyən edəcək. Bu məsələyə öz münasibətimi də bildirmişdim. Arif Hacılı Müsavat Partiyasının başqanı olmağa daha çox mənəvi haqqı olan adamdır. Və məhz o, başqan seçiləcək. Amma mən seçkidə iştirak etsəydim, Qubad İbadoğluya səs verədirm...

P.S Arif Hacılının "ləzgi" elan olunması ilə bağlı onun qardaşının açıqlamasın oxudum. Bütün nəsil şəcərəsin ortaya qoyub. Az qala and-aman edir ki, biz türkük. Qardaş, belə provokasiyalara önəm verməyəcəksən. Arif Hacılının etnik kimliyi də, siyasi mövqeyi də müsavatçılara yaxşı bəllidir. Narahatçılığa heç bir əsas yoxdur..."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin