“30 ildə yığılan məsələləri 1 ildə həll etmək mümkün deyil” – Tofiq Zülfüqarovdan ÖZƏL ŞƏRH

Hazırda oxunan: “30 ildə yığılan məsələləri 1 ildə həll etmək mümkün deyil” – Tofiq Zülfüqarovdan ÖZƏL ŞƏRH

50664

“Əlbəttə biz istəyirik ki, məsələlər qısa müddətdə həllini tapsın. Bu da bir növ psixoloji reaksiyadır. 30 il gözlədiyimizə görə hər şeyin 1 il, bir neçə ay ərzində həllini istəyirik. Əslinə qalsa, proses gedir”, - deyən eks xarici işlər naziri Tofiq Zülfüqarov prosesin əsas elementlərinin də mövcud olduğunu açıqlayıb.

Onun fikrincə bəzi tendensiyaları qeyd etmək lazımdır:

Qarabağın Ermənistan gündəmində olması azalır. 

“Bu onu göstərir ki, dinamika var”.
 

MÖVZU İLƏ BAĞLI:

“Brüsseldəki görüş danışıqlar formatı deyil” – Tofiq Zülfüqarovdan ÖZƏL MÜSAHİBƏ


Bizim.Media-ya özəl açıqlamasında Tofiq Zülfüqarov bildirib ki, 30 ildə yığılan məsələləri 1 ildə həll etmək mümkün deyil və insanlar bunu anlamalıdır:

“Bunu həm də sərhəd mövzusuna aid etmək olar. Çünki indi məlum olur ki, bu sərhəd heç vaxt olmayıb. Heç bu haqda fikirləşən də yox idi. Kommunikasiyanın bərpası, o cümlədən Zəngəzur dəhlizinin işlək vəziyyətə salınması texniki tərəfdən də çox mürəkkəb bir layihədir.

Siyasi baxımdan sadə deyil. Amma 1 il ərzində pozitiv dinamika görünməkdədir. Düşünmürəm ki, gələn il mövzuya bundan artıq diqqət yetiriləcək. 

Ermənistanın da reallıqla qarşılaşması İrəvanı sülhə daha çox vadar edəcək. Yəni bu günlərin əsas xəbəri ondan ibarətdir ki, artıq Türkiyə tərəfi Ermənistana yumşaq güc (sərhəd, kommunikasiya və s.) tətbiq etməyə başlayıb. İli yekunlaşdıraraq demək olar ki, proseslər gedir. Bunun gələcəkdə də davam edəcəyini istisna etmirəm. Çünki ermənilər xülyalardan əl çəkmək məcburiyyətindədir. Reallıq vadar edir”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin