Azərbaycanın NATO ilə əlaqələri Rusiyanı qıcıqlandıra bilərmi? – Ekspertin CAVABI

Hazırda oxunan: Azərbaycanın NATO ilə əlaqələri Rusiyanı qıcıqlandıra bilərmi? – Ekspertin CAVABI

50623

“Azərbaycan hər zaman balanslı siyasət yürüdüb. Cənab Prezidentin bu gün Avropada NATO rəhbəri ilə görüşməsi də bu proseslərin inkişafı fonunda çox mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Bizim.Media-ya millət vəkili Arzu Nağıyev Prezident İlham Əliyevin Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşünü şərh edərkən bildirib.

MÖVZU İLƏ BAĞLI:

Brüssel görüşündən DƏRHAL SONRA – Tərəflər yenidən Moskvaya yığışacaq – PLAN NƏDİR? 


Onun sözlərinə görə, bu görüş əlaqələrin daha da inkişafına gətirib çıxaracaq. 

“Azərbaycanın heç bir hərbi blokda olmadığına baxmayaraq, istənilən istiqamətdə istər NATO-nun, istərsə də digər hərbi birləşmələrlə təlimlər keçirmək və bu istiqamətdə müvafiq addımlar atmağa hazırdır. Bildiyimiz kimi, Azərbaycan Türkiyə ilə qaqşılıqlı hərbi təlimlər keçirir. Türkiyə NATO-nun üzvüdür. Bundan başqa biz heç bir hərbi blokda olmasaq da, sadəcə Qoşulmama Hərəkatında üzv olduğumuz üçün bu istiqamətdə çox ciddi adddımlar atırıq”.

Deputat həmçinin bildirib ki, istər NATO standartlarına uyğun, istərsə də digər istiqamətdə biz ordu quruculuğumuzu daima inkişaf etdirəcəyik. 
Azərbaycanın NATO ilə əlaqələri Rusiyanı qıcıqlandıra bilərmi?

“Vaxtilə NATO-nun Əfqanıstanda olan sülhməramlı missiyasında Azərbaycan iştirak edib və bu yüksək səviyyədə dəyərləndirilib. Ona görə də NATO Azərbaycan münasibətləri çox mühüm məsələdir. Baxmayaraq ki, NATO və Rusiya arasında müxtəlif hərbi məsələlər fonunda gərginlik yaşanır, bunun Azərbaycana heç bir təsiri yoxdur. Çünki biz hər zaman balanslı siyasət yürütmüşük”, - deyə millət vəkili sualimizi cavablandirb. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin