“Brüsseldə Ermənistanın baş naziri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görüşü Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq. Düşünürəm ki, görüş zamanı Ermənistan özünün hansısa əsassız iddialarını ortaya qoymağa çalışa bilər”, - deyən millət vəkili Elşad Mirbəşiroğlu, bunun Ermənistana heç nə verməyəcəyini bildirib.
Deputatın Bizim.Media üçün açıqladığı fikirlər arasında Paşinyanın məqsədinin nədən ibarət olduğu da yer alıb.
MÖVZU İLƏ BAĞLI:
“Brüsseldəki görüş danışıqlar formatı deyil” – Tofiq Zülfüqarovdan ÖZƏL MÜSAHİBƏ
Belə ki, Paşinyanın davranışlarından əslində onun nə istədiyini anlamaq olur. Ermənistanın ağır məğlub durumunun qismən də olsa dəyişməsi üçün, Nikol Paşinyanın Brüssel görüşündən gözləntiləri var:
“Amma Soçi görüşündə də biz gördük ki, postmünaqişə mərhələsində baxışlar və son məqsəd dəyişməzdir. Yəni, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası aparılmalıdır, ardınca isə yekun sülh sazişi imzalanmalıdır.
Sonuncu Soçi görüşündə də Rusiya Federasiyasının prezidenti cənab Putin aydın mətnlə bildirdi ki, Brüssel görüşünə əliboş getmək olmaz. Qeyd etdiyim istiqamətdə işlərin aparılması üçün birgə komissiya da artıq yaradılıb. Düşünürəm ki, Brüssel görüşü bütövlükdə Azərbaycanın güc mövqeyinə hər hansı bir formada mənfi təsir etməyəcək. Ermənistanın isə gözləntiləri yenə də puça çıxacaqdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:30 / 14.12.2021
Paşinyan Brüsseldə hansı iddiaları qaldıra bilər? - Elşad Mirbəşiroğlu DETALLARI şərh etdi
Hazırda oxunan: Paşinyan Brüsseldə hansı iddiaları qaldıra bilər? - Elşad Mirbəşiroğlu DETALLARI şərh etdi
Hazırda oxunan: Paşinyan Brüsseldə hansı iddiaları qaldıra bilər? - Elşad Mirbəşiroğlu DETALLARI şərh etdi
50614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.