NATO-nun Baş katibi Azərbaycan Prezidenti ilə nədən danışa bilər? – Brüsseldə BU GÜN

Hazırda oxunan: NATO-nun Baş katibi Azərbaycan Prezidenti ilə nədən danışa bilər? – Brüsseldə BU GÜN

50581

Millət vəkili Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin Brüssel səfəri çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqlə baş tutacaq görüşünü şərh edib.

Açıqlamasının əvvəlində Elşad Mirbəşiroğlu NATO-Azərbaycan əlaqələrinin tarixindən bəhs edib. Deputatın fikrincə, bütün beynəlxalq təsirli platformalar kimi, Azərbaycan NATO-nu da özünün milli maraqlarına uyğun istifadə etməyi bacarıb:

“Belə ki, NATO-nun zirvə toplantılarında istər Ümumilli lider Heydər Əliyev, istərsə də Azərbaycanın Prezidenti cənab İlham Əliyev Ermənistanın Azərbaycan xalqına, dövlətinə qarşı aqressiyası, işğalçılıq siyasəti, torpaqlarımızı işğalda saxlaması barədə hər zaman dünyanı məlumatlandırıb və məsələyə reaksiya göstərilməsinin vacibliyini vurğulayıb”.

Bizim.Media-ya özəl müsahibəsində Elşad Mirbəşiroğlu sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanı NATO ilə ən yaxından əməkdaşlıq edən ölkələrdən biri adlandırıb.

Nümunə kimi İraq, Kosova, Əfqanıstanda NATO qoşunlarının sülhyaratma missiyasına Azərbaycanın da qatıldığını göstərən deputat bugünkü görüşdən bəhs edib.

Onun fikrincə, Prezident İlham Əliyev və Stoltenberq Brüssel görüşündə Cənubi Qafqaz regionunda yeni siyasi konfiqurasiyalar çərçivəsində təhlükəsizliyin daha etibarlı təmin olunması imkanlarını müzakirə edəcəklər:

“Cənubi Qafqaz regionunda vəziyyət Azərbaycanın iradəsi ilə köklü şəkildə dəyişib. Azərbaycan torpaqlarını işğaldan azad edib. Müvafiq olaraq da qlobal təhlükəsizliyin təminatı istiqamətində daha effektiv fəaliyyət üçün əlavə siyasi-hərbi potensial qazanıb. Hesab edirəm ki, NATO da Azərbaycana daha fərqli bir tərəfdaş ölkə kimi baxmağa başlayacaq. Təbii ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda və beynəlxalq müstəvidə təhlükəsizlik məsələlərinin həllində xüsusi çevikliklə fəaliyyət göstərə biləcək”.

Elşad Mirbəşiroğlu düşünür ki, sadalanan reallıqlar bundan sonrakı Azərbaycan-NATO münasibətlərində özünü daha çox biruzə verəcək. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin