Türkiyənin Ermənistandakı nümayəndəsi KİM olacaq? – Məqsədlər haqqında Fikrət Sadıxovun ŞƏRHİ

Hazırda oxunan: Türkiyənin Ermənistandakı nümayəndəsi KİM olacaq? – Məqsədlər haqqında Fikrət Sadıxovun ŞƏRHİ

50574

Türkiyə Ermənistanla normallaşma prosesi çərçivəsində mühüm addımlar atmaqda davam edir və bu istiqamətdə ardıcıl müsbət siqnallar ötürür.

Tendensiyanın davamı olaraq, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 13-də parlamentdəki çıxışı zamanı Ermənistanla bağlı iki önəmli xəbəri icitmaiyyətin diqqətinə çatdırıb:

1. İrəvan-İstanbul çarter reysləri yaradılacaq.

2. Türkiyə və Ermənistan münasibətlərin normallaşması üçün qarşılıqlı nümayəndələr təyin edəcək.

Çavuşoğlunun açıqlamasında qeyd etdiyi nüansların reallaşmasının regiondakı proseslərə necə təsir edəcəyi ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Fikrət Sadıxov sözügedən addımları müsbət qiymətləndirib:

MÖVZU İLƏ BAĞLI:

“Sərhəd mexanizminin qurulması tezləşdirilməlidir” - Politoloqdan açıqlama


“Biz regionda stabilliyin və təhlükəsizliyin bərpa olunmasında maraqlıyıq. Türkiyə də 1993-cü ildə Ermənistanla diplomatik əlaqələrini qıran bir dövlət kimi Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra bəyan edir ki, biz rəsmi İrəvanla münasibətlərimizi bərpa etməyə hazırıq. Bu təkliflər birbaşa olaraq, regionda sülhün təmin olunmasına yönəlib”.

Politoloq Çavuşoğlunun açıqlamasındakı mühüm bir detala da diqqət çəkib:

“Türkiyə xarici işlər naziri onu da əlavə etdi ki, bütün addımlar Azərbaycanla razılaşdırılacaq və rəsmi Bakı ilə bərabər həyata keçiriləcək. Bu isə onu göstərir ki, Türkiyə qardaş ölkə kimi bütün məsələləri nəzərə alaraq, bundan sonra da Azərbaycanın maraqlarına uyğun addımlarını atacaq”. 

- Sizcə, Mövlud Çavuşoğlunun Ermənistanla normallaşmaya yönələn açıqlamaları Brüssel görüşündən bir gün əvvəl verməsinin xüsusi bir səbəbi varmı?

“Təbii ki, bu Avropa Birliyinin rəhbərliyinə yönələn bir mesajdır. Yəni biz danışıqlarda iştirak edirik və bizim niyyətimiz sülhdür. Bizim qarşımıza qoyduğumuz başqa bir niyyət yoxdur. Bu eyni zamanda Türkiyənin böyük oyunçu kimi öz mövqeyini ortaya qoymasının da göstəricisi idi. Ankara bu addımı ilə göstərdi ki, əgər regionda sülh yaranmalıdırsa, Türkiyənin razılığı və iştirakı olmadan heç bir şey əldə oluna bilməz”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin