Bu gün Milli Məclisin payız sesiyyasının növbəti plenar iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, plenar iclasın gündəliyinə 17 məsələ daxildir.
Onlardan ictimaiyyət üçün daha maraq doğuranlar bunlardır:
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
"Turizm haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
"Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
"İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
"Media haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Bizim.Media