Eks xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Brüssel görüşü ayrı mövzulara aid olacaq.
Çünki 10 noyabr sənədində də göstərilib ki, humanitar mövzulara müxtəlif təşkilatlar cəlb olunmalıdır:
“Bu baxımdan o mövqeydəyəm ki, Brüsseldəki görüş Avropa İttifaqının tədbiridir. Avropa İttifaqı və onun qurumları isə humanitar mövzularda böyük donorlardandır”.
Tofiq Zülfüqarov Bizim.Media ilə özəl müsahibə zamanı bildirib ki, Brüsseldəki görüş də humanitar mövzuları əhatə etməlidir.
MÖVZU İLƏ BAĞLI:
“3+3” formatında İLK GÖRÜŞ – Moskvada nələr müzakirəyə çıxarılacaq?
Belə ki, azad olunan ərazilərdə humanitar və donor işləri vacibdir:
“Ümumi fikirlər səslənəcək. Bilmirəm, bəyanat və ya buna bənzər sənəd qəbul olunacaq. Amma əsas mövzu bölgənin postkonflikt vəziyyətində sülhün bərqərar olunmasına çağırışlar olacaq. Brüsseldən hansısa danışıq və s. göszləmirəm. Çünki Brüsseldəki görüş danışıqlar formatı deyil”.
Çoxları düşünür ki, Nikol Paşinyan bəzən savadsızlığındanmı, yoxsa erməni cəmiyyətinin sevgisini ələ almaq üçün şablondan uzaq, protokoldan kənar çıxışlar edir.
Buna Münhendə də bir dəfə çalışıb və pərt olub. Bəs Brüsseldə müəyyən “Paşinyan sürprizləri”ni gözləmək olarmı?
“Münhendə açıq diskussiya idi. Brüsseldəki görüşün isə bir hissəsi jurnalistlərin iştirakı ilə olacaq və dövlət başçıları çıxış edəcəklər. Çıxışlar onların mövqeyini əks etdirəcək. Ondan sonra isə qapalı görüşdür. Söhbət nədən gedə bilər? Siyasi hadisədir. Soçidə konkret mövzular müzakirə olunub. Brüsseldə fərqli bir formatdır. Avropa İttifaqının haradasa vasitəçi qismində çıxış etməsi yadıma gəlmir. Ancaq Gürcüstanda müşçahidəçi missiyaları var və bu missiya digərləri ilə yanaşı Abxaziyada olub. Fəaliyyətləri barədə heç məlumat da yoxdur. Kollektiv Qərbi nəzərdə tuturam, onlar istəyirlər ki, hansısa şəkildə bu proseslərdə (Ermənistan-Azərbaycan) iştirak etsinlər. Hiss olunur ki, məsələ razılaşdırılıb və danışıqlarda onlar iştirak etmirlər. Azərbaycan keçən ilki mövqeyində qalıb ki, “humanitar mövzularda yardım etmək istəyirsinizsə, buyurun gəlin”.
Prezident bu fikirləri ATƏT-in Minsk Qrupuna da səsləndirib. Hesab edirəm ki, indi elə buna aid məsələlər olacaq. Baxın görün hadisə nəyə həsr olunub - Şərq Tərəfdaşlığı proqramı. Onun nədən ibarət olduğunu bilirik. Sözügedən proqramda da bölünmə baş verib.
3 ölkə - Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqı üçün daha əlverişli partnyorlardır. Digər 3 ölkə - Belarus, Ermənistan və Azərbaycan isə bu əməkdaşlıqda bir o qədər uğurlu deyillər”.
Tofiq Zülfüqarovun sözlərinə görə, Brüssel görüşündən sonra “Şərq Tərəfdaşlığı”nın formatı Bakı və İrəvan üçün dəyişə bilər.
Burada isə daha çox humanitar məsələlər, münaqişədən sonra qarşılıqlı etimadın yaradılmasına yardım, cəmiyyətlərdəki müxtəlif təbəqələrin dialoqlara cəlb olunması və s. yer alacaq:
“Sadalananların konfliktə aidiyyatı olsa belə, danışıqlar formatı deyil”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:15 / 13.12.2021
“Brüsseldəki görüş danışıqlar formatı deyil” – Tofiq Zülfüqarovdan ÖZƏL MÜSAHİBƏ
Hazırda oxunan: “Brüsseldəki görüş danışıqlar formatı deyil” – Tofiq Zülfüqarovdan ÖZƏL MÜSAHİBƏ
Hazırda oxunan: “Brüsseldəki görüş danışıqlar formatı deyil” – Tofiq Zülfüqarovdan ÖZƏL MÜSAHİBƏ
50447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.