Bakıda Pasifik Alyansının ofisi açıldı

Hazırda oxunan: Bakıda Pasifik Alyansının ofisi açıldı

50424

Pasifik Alyansının Bakı ofisinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Kolumbiyanın Azərbaycandakı səfirliyində keçirilən tədbirdə beynəlxalq təşkilatın üzv ölkələri Kolumbiya, Meksika, Çili səfirləri, həmçinin xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak ediblər.

Ofisin açılışını Pasifik Alyansı ölkələri üçün mühüm hadisə adlandıran Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas deyib ki, təşkilat regional inteqrasiya, habelə turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə böyük diqqət yetirir.

“Biz təşkilata Azərbaycanın töhfələrini yüksək dəyərləndiririk. Bu ofisin açılışı Azərbaycanla alyansa üzv ölkələri arasında münasibətləri daha da artıracaq, yeni-yeni əməkdaşlıq istiqamətlərini üzə çıxaracaq. Biz Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlıyıq”, – kolumbiyalı diplomat bildirib.

Qeyd edək ki, Pasifik Alyans (Aianza del Pacifico) Meksika, Kolumbiya, Peru, Çili respublikalarının üzv olduğu ticarət birliyidir. Azərbaycan 2019-cu ilin iyul ayından təşkilatda müşahidəçi statusa malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin