Moskvada “3+3” formatında ilk görüş keçirildi - Müzakirə olunan MƏSƏLƏLƏR

Hazırda oxunan: Moskvada “3+3” formatında ilk görüş keçirildi - Müzakirə olunan MƏSƏLƏLƏR

50085

Rusiyanın paytaxtı Moskva şəhərində “3+3” formatında ilk görüş keçirilib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin müavinləri iştirak ediblər.

Görüşdə aşağıdakı məsələlər müzakirə edilib:
 

MÖVZU İLƏ BAĞLI:

“3+3” formatında İLK GÖRÜŞ – Moskvada nələr müzakirəyə çıxarılacaq?


-Çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri barədə danışılıb.

-Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.

- Aidiyyəti nazirlik və idarələrin mümkün iştirakı ilə növbəri addımlar və gələcək üçün iş planları müzakirə edilib.

Beş ölkə Gürcüstanın da platformanın işinə qoşulmasında maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, görüşdə ölkəmizi xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin