İrandan Azərbaycana qarşı ciddi təxribat

Hazırda oxunan: İrandan Azərbaycana qarşı ciddi təxribat

4998

"Ermənistana dəstək verməməyimiz səhv idi. Bu səhvin nəticəsi hərbi paradda İlham Əliyev və Rəcəb Təyyib Ərdoğanın İranın ərazi bütövlüyünə qarşı meydan oxumağı oldu" 

Bizim.Media İran mətbuatına istinadən bildirir ki, bunu İranın Prezident Aparatının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Diako Hüseyni  özünün  ''twitter'' hesabında bildirib. D.Hüseyni ikinci Qarabağ müharibəsində İranın tərəfsiz mövqeyini strateji səhv adlandırıb. 

H.Ruhaninin baş strateq və təhlilçisi  bildirib ki, "artıq qatarı relsə qaytarmağın vaxtı çatıbdır".

Qeyd edək ki, İranın Məhəmməd Cavad Zərif, Məhəmməd Cavad Azəri Cəhromi kimi rəsmiləri də Ərdoğanın  Azərbaycanın Zəfər paradında səsləndirdiyi Araz çayı ilə bağlı bayatıya öz mövqelərinə uyğun münasibət bildiriblər.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin