XI Rusiya-Azərbaycan regionlararası forumu 2022-ci ildə Bakıda keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Mariya Zaxarova: "Rusiya həm Bakı, həm də İrəvanla təmasdadır"
"Rusiyanın 73 subyekti Azərbaycanla ticari-iqtisadi əməkdaşlığı dəstəkləyir ki, onlardan 18-i Azərbaycanla ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlərə malikdir", deyə M.Zaxarova qeyd edib.
O, Rusiyanın Azərbaycanla regionlararası əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb.
Bizim.Media