Haaqa Ermənistanın “Dağlıq Qarabağ arzuları”nın üstündən XƏTT ÇƏKDİ - FOTO

Hazırda oxunan: Haaqa Ermənistanın “Dağlıq Qarabağ arzuları”nın üstündən XƏTT ÇƏKDİ - FOTO

49895

Hüquq müdafiəçisi Sahib Məmmədovun son “Facebook” statuslarından biri “Bu çox vacib məqamdır” sözləri ilə başlayır:

“Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın şikayəti əsasında "Müvəqqəti tədbirlərlə bağlı" qərarında mənim üçün ən maraqlı hissələrdən biri qərarın giriş hissəsində yazılanlardı. 

Həmin hissədə göstərilir ki:

"Dağlıq Qarabağ regionu muxtar qurum (vilayət) və əhalisinin çox hissəsi etnik ermənilər olmaqla Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi idi".

Bizim.Media xəbər verir ki, qərarın bu hissəsinə diqqət çəkən Sahib Məmmədov fikrinin davamında bunun adi bir fikir kimi görünə biləcəyini də qeyd edib. 

Lakin:

“Ancaq dünyanın ən böyük və nüfuzlu dövlətlərarası məhkəmə orqanı əraziləri mübahisəli ərazi deyil, məhz Azərbaycan ərazisi kimi qeyd edir. Azərbaycan isə SSRİ-nin hüquqi varislərindən biridir. Beləliklə Ermənistan heç bir yerdə və heç bir halda bu ərazilərin mübahisəli ərazi olmasını qeyd edə bilməz. Etsə belə məhkəmənin qərarı var”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin