Bu gün Azərbaycanın və Fransanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Pyer Levin görüşüb.
Azərbaycanın Rusiyadakı Səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş fransalı səfirin xahişi ilə baş tutub.
Görüşdə Azərbaycanın səfiri fransalı həmkarı ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli bəyanatlarının müddəalarının icrası ilə bağlı fikir mübadiləsi aparıb.
Eyni zamanda söhbət əsnasında 26 noyabr 2021-ci il tarixində Soçidə keçirilmiş yüksək səviyyəli üçtərəfli görüşün nəticələri müzakirə olunub.
Səfir Pyer Levi qəbula görə təşəkkürünü bildirərək, post münaqişə, xüsusilə də Soçi görüşündən sonrakı vəziyyətə dair ölkəmizin mövqeyi ilə maraqlanıb.
Soçidə baş tutmuş Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə toxunan Polad Bülbüloğlu həmsöhbətinin nəzərinə çatdırıb ki, bu görüş Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması baxımından olduqca vacib görüş olub və məhz liderlərin birbaşa təmasları müsbət nəticə verə bilər.
Daha sonra Fransalı səfir iki ölkə arasında delimitasiya prosesinin detalları barəsində ona məlumat verilməsini xahiş edib.
Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycanın Səfiri fransalı həmkarına Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitablarını hədiyyə edib.
Fransalı Səfir Pyer Levi maraqlı və faydalı görüşə görə öz təşəkkürünü bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:57 / 08.12.2021
Azərbaycan və Fransa səfirləri Soçi görüşünü müzakirə etdilər
Hazırda oxunan: Azərbaycan və Fransa səfirləri Soçi görüşünü müzakirə etdilər
Hazırda oxunan: Azərbaycan və Fransa səfirləri Soçi görüşünü müzakirə etdilər
49762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.