Ərdoğan: “Baydenin dediklərinə reaksiya vermədim”

Hazırda oxunan: Ərdoğan: “Baydenin dediklərinə reaksiya vermədim”

4967

“Türkiyə və ABŞ NATO ölkələridir. Həm də Türkiyə NATO üçün önəmli olan 5 ölkədən biridir. Yəni, sıradan bir ölkə deyilik”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, ABŞ-ın Türkiyəyə qarşı düşünülən sanksiyaları barədə danışıb:

“Amerika bizi sanksiyalar ilə qarşı-qarşıya qoyur. Bu, NATO-da çox önəmli bir əməkdaşlığa qarşı hömətsizlikdir”.

Ərdoğan bildirib ki, Trampın 4 illik prezidentliyi dövründə Amerika ilə problemli bir əlasi olmayıb. Əksinə, bir çox məsələlərdə daha müsbət addımlar atılıb:

“İndi də Demokratlar hakimiyyətə gəlirlər. Bəs nə oldu ki, indi Türkiyəyə belə bir sanksiya tətbiq etmək istəyirlər? Bundan əlavə, Bayden xəstə olan zaman evdə məni ziyarət edən biridir. Amerikada onunla bir neçə dəfə görüşmüş biriyəm".

"Məni yaxşı tanıyan biridir. Onu yaxşı tanıyıram. Lakin, bir dəfə bizimlə bağlı açıqlama verdi. Reaksiya belə vermədim. Mən bəzi şeylərə öyrəşdiyim üçün prosesləri sonradan görəcəyik. Hələ Bayden hakimiyyəti, vəzifəni təslim alsın. Bizə səbr etmək qalır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin