“Ermənistan bir çox məsələdə olduğu kimi, mina xəritələrinin Azərbaycana təhvil verilməsi məsələsində də təəssüflər olsun ki, qeyri-səmimi mövqedən çıxış edirdi”.
Bizim.Media xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı ilə bağlı mətbuat konfransında bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycanı ABŞ və Britaniyadan olan peşəkar vəkillər təmsil edib” – Nazir müavini
XİN rəsmisinin sözlərinə görə, Ermənistan tərəfi bu məsələnin ümumiyyətlə, şərh edilməsindən imtina edirdi.
“Yalnız iyun-iyul aylarında işğaldan azad edilmiş Ağdam, Füzuli və Zəngilan rayonları üzrə mina xəritələrinin təqdim edilməsi müqabilində Azərbaycanda saxlanılan və müxtəlif cinayətləri törətdiyinə görə məsuliyyətə cəlb edilən erməniəsilli şəxslərin qeyri-şərtsiz azadlığa buraxılması ilə şərtləndirilmişdi”, - deyə Elnur Məmmədov bildirib.
Bizim.Media