Haaqa məhkəməsi Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatətini RƏDD ETDİ - VİDEO

Hazırda oxunan: Haaqa məhkəməsi Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatətini RƏDD ETDİ - VİDEO

0:00
0:00
49626

“Ermənistan son aylarda bəzi ölkələrin parlamentində ermənipərəst deputatların vasitəsilə Bakı şəhərində açılmış Hərbi Qənimətlər Parkının erməni millətinə qarşı etnik nifrətin təzahürü olduğunu bildirmişdi”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycanın Ermənistana qarşı iddiasının təmin olunması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın Haaqa FİASKOSU – XİN-dən açıqlama - CANLI


“Ermənistan tərəfi bununla bağlı müxtəlif dövlətlərə də müraciət etmişdi. Bəzi hallarda ermənipərəst qüvvələrin Ermənistanın bu mövqeyinə dəstəyi öz əksini tapıb. Ancaq burada Ermənistan xalqına qarşı hər hansı etnik nifrətdən söhbət gedə bilməz. Bu park tarixlə bağlıdır. 30 il işğalda qalan ərazilərdə, Vətən müharibəsində Azərbaycan qarşı istifadə edilən silahlar, nümunələr bu parkda saxlanılır. Hətta Ermənistanın ballistik raketlərdən istifadə etməsi ilə bağlı sübutlar da bu parkda nümayiş olunur. Xaricdən gələn siyasi rəsmilər, jurnalistlərə bu faktlar göstərilir. Biz məhkəmədə də bəyan etdik ki, erməni xalqına qarşı etnik nifrətlə bu parkın heç bir əlaqəsi yoxdur. Ardıcıl olaraq məhkəmədə də göstərdik ki, məhkəmədə bu mövzu ilə bağlı qərar əldə etmək Ermənistan üçün siyasi xal qazanmaq baxımdan bir addımdır. Siyasi nöqteyi-nəzərdən bu parkın bağlanması Ermənistan üçün çox əhəmiyyətli idi. Nəticədə, məhkəmə Ermənistanın vəsatətini rədd edib. Məhkəmənin bu mövzuda ədalətli yanaşması bizi sevindirdi", - deyə XİN rəsmisi vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin