ATƏT-dən Bakı və İrəvana ÇAĞIRIŞ - "Bu hərəkətlərdən çəkinin"

Hazırda oxunan: ATƏT-dən Bakı və İrəvana ÇAĞIRIŞ - "Bu hərəkətlərdən çəkinin"

49603

ABŞ dövlət katibi Entoni Blinken, Rusiya Federasiyası və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-İv Le Drian Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun bərpasını dəstəkləyirlər.  

Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri təhlükəsiz, sabit, firavan və sülhə töhfə vermək üçün öz mandatlarına uyğun olaraq Dağlıq Qarabağla bağlı bütün həll edilməmiş və ya yaranan problemlərin hərtərəfli həlli yollarını tapmaq üçün tərəflərlə işləməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Brüssel görüşü öncəsi təxribat təhlükəsi – Paşinyan Kremlə hansı sürprizi hazırlayıb?


Həmsədr ölkələr tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirilmiş görüşlərdə başlanmış dialoqu davam etdirməyə, habelə liderlər səviyyəsində təmasları davam etdirməyə çağırırlar. 

Həmçinin Ermənistan və Azərbaycandan qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinmək istənilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin