Parisdə Qoşulmama Hərəkatının plenar iclası: Azərbaycanın hesabatı dinlənildi - FOTO

Hazırda oxunan: Parisdə Qoşulmama Hərəkatının plenar iclası: Azərbaycanın hesabatı dinlənildi - FOTO

0:00
0:00
49411

Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin sədrlik etdiyi QH-nin plenar iclasında qurumun Baş Konfransının prezidenti Santiaqo İrazabal Mourao, UNESCO-nun qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiyasının katibi Tim Kurtis, Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrin səfirləri iştirak ediblər. 

Plenar iclası giriş sözü ilə açan daimi nümayəndəmiz, səfir Elman Abdullayev 2021-ci ilin sonunda COVID-19 pandemiyasının hələ də həyatımıza böyük təsir etdiyini, yeni çağırışlar, yeni çətinliklər yaratdığını qeyd edib.

COVID-19 bütün dünyada son 2 ildə əsas ölüm səbəblərindən biri olduğunu deyib.

UNESCO Baş konfransının prezidenti Santiaqo İrazabal Mourao bu vəzifəyə seçildikdən sonra ilk səfərini Anqolaya və “Luanda Biennalisi”ndə iştirak etdiyini bildirib.

Azərbaycanın irəli sürdüyü “Mədəniyyət naminə sülh” təşəbbüsünə toxunub və onun əhəmiyyətindən söz açıb.

Baş Konfransın prezidenti təşkilatda, eləcə də dünyada mövcud problemlərin olduğunu qeyd edərək, dialoq vasitəsi ilə birgə işləməyə və bu problemlərin aradan qaldırılmasında birgə çalışmağa dəvət edib.

Səfir Elman Abdullayev QH-nin 2021-ci ildə son plenar iclasında cari ilin sentyabr ayında keçirilmiş iclasın hesabatını təqdim edib və hesabat qəbul edilib.

O, Baş Konfransın 41-ci sessiyası çərçivəsində 193 üzv dövlətin yüksək səviyyəli nümayəndələrinin, müxtəlif QHT nümayəndələri və ekspertlərin Komissiya və Komitə içlaslarında iştirak etdiklərini, dövrümüzün çağırışlarının həlli istiqamətində müzakirələr apardığını qeyd edib.

Sonra Qoşulmama Hərəkatına Azərbaycan sədrliyinin qlobal fəaliyyəti, eləcə də Hərəkatın UNESCO qrupunun fəaliyyəti haqqında məlumat verilib.

UNESCO orqanlarına Qoşulmama Hərəkatına üzv dövlətlərin namizədliklərindən söz açılıb. İclas müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin