Eldar Namazov: “İran Ermənistanın ümidlərini puça çıxardı” – VİDEO 

Hazırda oxunan: Eldar Namazov: “İran Ermənistanın ümidlərini puça çıxardı” – VİDEO 

49270

“Aşqabad sammiti ilə birgə, Ermənistanın Azərbaycanı təkləmək siyasəti puça çıxdı və əksinə bölgədə təklənən tərəf Ermənistan oldu”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri eks-Prezident köməkçisi Eldar Namazov, “İctimai TV”də yayımlanan “Eldar Namazovla Aydınlıq” verilişində səsləndirib.

MÖVZU İLƏ BAĞLI:

Eldar Namazov: “Azərbaycan Ordusu Ermənistana 30 km daxil olmalıdır”  - XƏRİTƏ


Belə ki, ilk öncə Türk Dövlətlər Birliyi ilə bağlı fikirlərini bölüşən siyasətçi, Birliyin özünü İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad Sammitində ən üst tərəfdən göstərdiyinə diqqət çəkib:

“Bu təşkilatın 10 üzvü var və onlardan 6-sı türk dövlətləridir. 7-ci dövlət olan Pakistan Türk dünyasının, xüsusilə də, Türkiyə və Azərbaycanın yaxın müttəfiqidir. 8-ci dövlət olan Əfqanıstan isə, Pakistanla yaxındır və addımlarını İslamabadla uzlaşdırır. Digər iki dövlət isə, İran və Tacikistandır”.

“Aşqabad sammitində Azərbaycanla bağlı da mühüm qərarlar qəbul olundu. Belə ki, Azərbaycanın maraqlarına caavab verən bəyannamə yekdilliklə qəbul olunub”, - deyə qeyd edən Eldar Namazov, sammitin Ermənistanda isterikanın başlamasına səbəb olduğuna da diqqət çəkib:

“Bu sənəd qəbul olunduqdan sonra, Ermənistanda isterika başladı. Belə ki, İran və Tacikistanın Azərbaycanı 2-ci Qarabağ Savaşındakı qələbə ilə bağlı təbrik etməsi bu cür vəziyyəti meydana çıxardı. Onlara aydın oldu ki, artıq KTMT-ə üzv olan ölkələr Azərbaycanı təbrik edir. Üstəlik, erməni tərəfi bir müddət əvvəl, İranla Azərbaycan arasında sərhəddə yaranan vəziyyəti qabartamağa çalışırdı. Guya ki, İran Azərbayacana hücum edəcək, Ermənistana dəstək olacaq, ordusunu konflikt zonasına yeridəcək və s. Bütün bu ümidlər puç oldu. Çünki Tehran Aşqabadda Azərbaycanı dəstəkləyən bəyanata imza atdı, üstəlik sammit çərçivəsində Azərbaycan və Türkmənistanla qaz müqaviləsi imzaladı”.

Murad Əhmədov, Bizim.Media 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin