Paşinyan dekabrın 15-nə hansı sürprizi hazırlayır? - VİDEO

Hazırda oxunan: Paşinyan dekabrın 15-nə hansı sürprizi hazırlayır? - VİDEO

49254

“Paşinyan yalan da danışa bilər, özünü dəliliyə də qoya bilər. Nikola etibar hissi çox aşağı səviyyədədir. Azərbaycanın hazırki mövqeyi də Ermənistan hökumətinə inamın olmadığının göstəricisidir. Biz əgər nəticə əldə etmək istəyiriksə, İrəvanı buna vadar etməliyik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq Fərhad Məmmədov qonaq olduğu verilişlərdən birində səsləndirib.

Belə ki, hazırki üçtərəfli formatda Ermənistanın sadəcə razılaşdırılmış qərarları qəbul etməyə məcbur olan tərəf kimi çıxış etdiyini qeyd edən politoloq, bu səbəbdən Paşinyan administrasiyasının danışıqlar prosesini sabotaj etməyə çalışacağını bildirib.

Fərhad Məmmədovun fikrincə, prosesi sabotaj etmək üçün Ermənistan düşüncə mərkəzlərində bir sıra variantlar ortaya atılıb:

1. Hər hansı yolla üçtərəfli formatı dağıtmaq;

2. Danışıqlar prosesini Minsk Qrupuna daşımaq;

3. Digər dövlətləri hal-hazırki formata daxil etmək.

“İlk mərhələdə Ermənistan üçtərəfli formatı nüfuzdan salmağa çalışır. Bunun üçün isə, qəbul olunan qərarları yerinə yetirməmək yolu seçilib”, - deyə politoloq qeyd edib.

Murad Əhmədov, Bizim.Media  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin