Azərbaycan Brüssel görüşündən imtina edə bilər? - ÖZƏL

Hazırda oxunan: Azərbaycan Brüssel görüşündən imtina edə bilər? - ÖZƏL

49024

Dekabrın 1-də məlumat yayıldı ki, 2 dekabr tarixində Ceyhun Bayramov və Ararat Mirzoyan Stokholmda görüşəcək. Bəs XİN rəhbərləri niyə görüşmədi? Stokholm iclaslarının tarixi 2-3 dekabr kimi göstərilir, bu gün artıq ayın dördüdür. Görüşə nə mane oldu?

Suala cavabda sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, ermənilər bütövlükdə Soçi prosesini pozmaq niyyətinə düşüblər.

Bizim.Media-ya özəl cavabında professor İrəvanın sülhyaratma prosesini böyütmək, bura Qərb ölkələrini də qarışdırmaq fikrində olduğunu açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Brüssel görüşündən ciddi siyasi qərar gözləməyə dəyməz - İlqar Vəlizadənin ŞƏRHİ


Politoloqun fikrincə, Paşinyan hökumətinin məqsədi regiona Qərbin ermənipərəst qüvvələrini cəlb etməkdir:

"Nikolun Soçi görüşü barədə xoş sözlər söyləməsinə baxmayaraq, o və onun komandası görüşün Ermənistan üçün uğursuz olduğunu düşünür. Sifətini dəyişməyə öyrəşmiş Paşinyan əsas diqqətini Brüssel görüşünə yönəldib. İrəvan Brüsseldə bəzi məsələləri qabardaraq öz xeyrinə həll edə biləcəyini hesab edir. Bu məsələdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransanın lideri Makrona çox böyük ümidlər bəsləyirlər. 

Zənnimcə, Amerikadan verilən siqnallar da sülhyaratmada Ağ Evin İrəvandan yana olmasını gizlədə bilmir. Görünür, Paşinyan Putinlə, Rusiya ilə bütün körpüləri yandırmaqdan çəkinmir".

Qabil Hüseynlinin də dediyi kimi, Ermənistanın daxilində də ictimai rəy anti-Rusiya elementlərinə köklənib. Belə bir şəraitdə isə Cənubi Qafqazda Qərb üçün meydan açıla bilər:

"Amma mən Prezident İlham Əliyevin bu məsələlərdən hali olduğuna və çıxış yolu tapa biləcəyinə inanıram. Cənab İlham Əliyev hansısa məsələnin Brüsseldə masaya yatırılmasına imkan verməyəcək.

Üstəlik, liderlərin görüşünün baş tutması üçün əvvəlcə XİN rəhbərləri görüşüb gündəliyə hansı mövzuların salınacağını razılaşdırılmalıydılar. XİN rəhbərlərinin görüşü baş tutmayıbsa, Azərbaycan Brüssel görüşündən ya imtina edə bilər, bu ehtimal böyükdür. Yaxud da ki, görüşü sırf məşvərət xarakterli görüşə keçirməyə çalışar".
 

Görüş olsa belə, Azərbaycanın Brüsseldə mühüm qərarlara imza atmayacağını deyən politoloq bunu artıq prosesin Rusiyanın moderatorluğu ilə Soçidə başlaması ilə izah edib.


Brüssel görüşündən tam imtinanın çətin tərəfi isə onunla bağlıdır ki, bu görüşə artıq razılıq verilib:

"Qərb dairələrinin Brüssel görüşündə Azərbaycanın xarici siyasət xəttinə qarşı müəyyən məkirli planları var. Lakin İlham Əliyevin diplomatik ustalığı bu qara niyyətləri alt-üst etməyə qadirdir".

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin