Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İtaliyaya rəsmi səfəri çərçivəsində Senatın İnsan hüquqlarının müdafiəsi və təşviqi üzrə fövqəladə komissiyasının sədri, senator Corcio Fede və Komissiya üzvləri ilə görüşüb.
Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə, S.Əliyeva görüşdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.
Ombudsman ölkəmizdə bir çox xalqların, müxtəlif dinlərin nümayəndələrinin dostluq, qardaşlıq şəraitində yaşadığını bildirib. Azərbaycanın tolerantlıq modelinin dünyanın 28 universitetində, o cümlədən Roma Sapienza Universitetində də öyrənildiyi diqqətə çatdırılıb.
Ombudsman çıxışı zamanı Azərbaycanın Ermənistan tərəfindən uzun illər məruz qaldığı işğal, terror, nifrət siyasətinin nəticələrini diqqətə çatdırıb.
S.Əliyeva Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri, beynəlxalq hüquq və insan hüquqları pozuntuları barədə ətraflı məlumat verib.
İkinci Qarabağ müharibəsində mülki obyektlərin atəşə tutulması nəticəsində 100-dən çox şəxsin həyatını itirdiyi, 450-dən çox şəxsin xəsarətlər aldığı, çoxsaylı məktəb, bağça, xəstəxana və digər infrastruktur binalarının, dini-tarixi abidələrin dağıldığı vurğulanıb.
Ombudsman bu müharibə zamanı qadağan edilmiş silahlardan, kaset tipli sursatlar və ağ fosfor bombalarından istifadə faktını da qeyd edib.
Azad edilmiş bölgələrdəki mina təhlükəsinin ciddiliyinə diqqət çəkən Ombudsman Birinci Qarabağ müharibəsindən bəri itkin sayılan azərbaycanlılarla bağlı Ermənistan tərəfinin məlumat verməməsinin yaratdığı narahatlığı da diqqətə çatdırıb.
Daha sonra Ombudsman İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti, deputat Ettore Rosatonun təşkilatçılığı ilə keçirilən brifinqdə iştirak edib.
E.Rosato Ombudsmanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib, müharibədən sonra senatorlarla birgə ölkəmizə səfər edərək Gəncədə dağıntılara şahid olduğunu qeyd edib. Daha sonra Ombudsman kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd edək ki, Ombudsmanın çıxışı İtaliya Senatının televiziyası vasitəsilə canlı yayımlanıb, həmçinin xarici mətbuatda geniş işıqlandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
06:19 / 04.12.2021
Ombudsman italiyalı senatora Ermənistanın müharibə cinayətlərindən danışdı - FOTO
Hazırda oxunan: Ombudsman italiyalı senatora Ermənistanın müharibə cinayətlərindən danışdı - FOTO
Hazırda oxunan: Ombudsman italiyalı senatora Ermənistanın müharibə cinayətlərindən danışdı - FOTO
48989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.