Milli Məclisin iclası başladı – 33 məsələ müzakirə olunur

Hazırda oxunan: Milli Məclisin iclası başladı – 33 məsələ müzakirə olunur

0:00
0:00
48851

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Bizim.Media xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 33 məsələ daxil edilib.

Müzakirə olunası məsələlər sırasında “2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş), “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş), “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş), “2022-ci il üçün yaşayış minimumu haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş), Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş) və digərləri yer alır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin