Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə müzakirələr apardı - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə müzakirələr apardı - FOTO

48813

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2 dekabr 2021-ci il tarixində ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasını çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Yunanıstan ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlarını ifadə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov avstriyalı həmkarı ilə görüşdü


Nazir Ceyhun Bayramov həmsöhbətinə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, doğurduğu ağır fəsadları, ötən il baş verən 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib. Üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər qeyd edilib.

Beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinə başlanılmasının vacibliyi vurğulanıb.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin