Ceyhun Bayramov: "Mina xəritələri üçün Ermənistana təzyiq göstərilməlidir"

Hazırda oxunan: Ceyhun Bayramov: "Mina xəritələri üçün Ermənistana təzyiq göstərilməlidir"

48801

“Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi postmünaqişə reabilitasiyasını yavaşladır”.

Bizim.Media-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ermənistan öz öhdəliklərinə sadiq qalaraq minaladığı Azərbaycan ərazilərinin xəritələrini təhvil vermir, buna görə də ona əlavə təzyiq göstərilməsinə ehtiyac var.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov GUAM-a üzv dövlətlərin XİN başçılarının iclasında çıxış etdi - GÖRÜŞÜN DETALLARI


“Ermənistan bütün minalanmış ərazilərin razılaşdırılmış xəritələrini təqdim etməyib. Bu postmünaqişə reabilitasiyasını və azad edilmiş ərazilərdə tikinti işlərini yavaşladır və qaçqın və məcburi köçkünlərin öz ərazilərinə təhlükəsiz qayıdışı qarşısında ciddi baryer yaradır.

Azərbaycan hazırda dünyanın ən ağır şəkildə minalanmış ölkələrindən biridir.

Üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən fərq qoymadan döşənmiş minaların partlaması nəticəsində 71-i mülki şəxslər olmaqla 180 Azərbaycan vətəndaşı həlak olub və ya ciddi xəsarətlər alıb.

Onların arasında jurnalistlər və media işçiləri də var.

Bütün razılaşdırılmış və beynəlxalq humanitar qanundan irəli gələn öhdəliklərə uyğun olaraq minalanmış ərazilərin xəritələrini təqdim etməsi üçün Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var”, - deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin