Dünən üç ölkənin – Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin Moskvada görüşünün olacağı xəbəri yayıldı, amma ardınca ətraflı məlumatla rastlaşmadıq. Bu görüş barədə nə demək olar?
“Baş nazirlərin müavinlərinin görüşünün əsas səbəb və məqsədi kommunikasiyaların işlək vəziyyətə salınmasıdır. Söhbət təkcə Zəngəzur dəhlizindən getmir. Çünki müxtəlif istiqamətdə yollar var” deyən Tofiq Zülfüqarov başqa məsələlərə də aydınlıq gətirib.
Özəl olaraq Bizim.Media-ya verdiyi cavabda eks xarici işlər naziri Tofiq Zülfüqarov yolların işlək vəziyyətə gəlməsində Ermənistanın da maraqlı olduğunu ifadə edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ermənistandan keçmiş ərazilərini ala bilərmi? - Tofiq Zülfüqarovdan ÖZƏL
Eyni zamanda, Zəngəzur koridoru ilə bağlı İrəvanın xüsusi mövqeyi var:
“Hesab edirəm ki, burada məsələlər bir-biri ilə əlaqəli şəkildə müzakirə olunacaq. Nəyi nəzərdə tuturam? Təbii ki, Azərbaycanın marağı Zəngəzur dəhlizinin işlək vəziyyətə salınmasıdır. Amma Ermənistan daima istəyir ki, diqqəti Zəngəzurdan digər kommunikasiyalara yönəltsin. Hətta Naxçıvana gedən (qərb hissədən) yolu müvəqqəti olsa da, açsın. Ona görə də vacib bir görüşdür. Məncə, burada məsələlər ilk növbədə həm iqtisadi səpkidən qiymətləndirilməlidir, həm də siyasi mahiyyətini diqqətdə saxlamaq lazımdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:00 / 02.12.2021
Tofiq Zülfüqarov: “Ermənilər Naxçıvana gedən yolu açmaq istəyir...” - ŞƏRH
Hazırda oxunan: Tofiq Zülfüqarov: “Ermənilər Naxçıvana gedən yolu açmaq istəyir...” - ŞƏRH
Hazırda oxunan: Tofiq Zülfüqarov: “Ermənilər Naxçıvana gedən yolu açmaq istəyir...” - ŞƏRH
0:00
0:00
48741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.