Fərhad Məmmədov: “Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının formalaşdırılmasına START VERİLİB”

Hazırda oxunan: Fərhad Məmmədov: “Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının formalaşdırılmasına START VERİLİB”

48690

“Prezident İlham Əliyevin Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərə xüsusi nümayəndə təyin etməsi sülhməramlıların müvəqqəti nəzarətində olan zonada yaşayan ermənilərin reinteqrasiyasını təmin edəcək institutların formalaşdırılması prosesinin başlanğıcıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq Fərhad Məmmədov özünün “Facebook” hesabında bölüşüb. 

MÖVZU İLƏ BAĞLI:

Fərhad Məmmədov: “Ermənistanda siyasi gərginlik silahlı gərginliyə çevrilə bilər”


Politoloqun şərhinin davamı belədir:

“Azərbaycan hökuməti sülhməramlı kontingentin müvəqqəti xidmət etdiyi zonanı ayırmayaraq, həmin torpaqları iqtisadi rayonun ərazisinə daxil edib. Bununla həm də ölkənin adminstrativ rayonları qorunub. Daha dəqiq desək, inzibati planda heç nə dəyişmir. Sadəcə azərbaycanlıların qayıdışı (bu vəziyyətdə Ağdam, Füzuli, Cəbrayıl, nəticədə Xankəndi, Ağdərə, Xocalı, Əsgəran) üçün infrastruktur yaradacaq və erməni əhalisinin reinteqrasiyası ilə məşğul olacaq yeni, həmçinin müvəqqəti institut formalaşdırılır. 

Şübhəsiz, cazibə mərkəzi - ticari və sənaye potensiallı şəhər olan Ağdam olacaq. Bununla yanaşı, Ağdam və Şuşa iqtisadi rayonun digər şəhərləridən fərqli olaraq ermənilərin olduğu yaşayış məntəqələrinə yaxındır. Qarabağın aşağı hissəsi ilə qarşılıqlı fəaliyyəti olmasa, dağlıq hissə də inkişaf edə bilməz: nə heyvandarlıq, nə bitkiçilik, nə də ki kənd təsərrüfatı. Süni yolla yaradılan Xankəndi cazibə funksiyasını yerinə yetirə bilməz. Belə ki, şəhər coğrafi, iqtisadi, heç bir potensiala sahib deyil.

Beləliklə, Azərbaycan iqtisadi mexanizmlərin tətbiqilə reinteqrasiyaya konstruktiv yanaşma sərgiləyir.

Zamanla Qarabağ İqtisadi Rayonunun erməni əhalisi başa düşəcək ki, Ermənistan və diaspor təhlükəsizliklə bağlı öhdəliklərini yerinə yetirə bilmədi. Azərbaycanın ərazisində qala-qala Ermənistan büdcəsinin hesabına mövcud olmaq mümkünsüzdür. Ermənistan erməniləri Qarabağ ermənilərinə müftəxor kimi baxırlar”.

Fərhad Məmmədovun fikrincə, Qarabağdakı erməniləri dolandırmaq Ermənistan üçün baha başa gəlir və bu da Ermənistan əhalisinin narazılığına səbəb olur.

Halbuki Ermənistan hökuməti, məhz onların səslərindən asılıdır. Yəni, bu narazılıq İrəvana sərf eləmir. Buna görə də, sonunda:

“Qarabağ İqtisadi Rayonunda yaşayan ermənilərin yeganə çıxış yolu Azərbaycan vətəndaşlığını qəbul etmək olacaq”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin