“ATƏT fon yaratmaq istəyir, guya...” – Stokholm görüşünə Tofiq Zülfüqarovdan ŞƏRH

Hazırda oxunan: “ATƏT fon yaratmaq istəyir, guya...” – Stokholm görüşünə Tofiq Zülfüqarovdan ŞƏRH

48678

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dekabrın 2-də Stokholmda görüşməyi planlaşdırırlar. Bunu Avropa İttifaqının xarici siyasət xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Luk Devin deyib.

Görüş barədə eks xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrəndik.

Bizim.Media-ya özəl cavabında Tofiq Zülfüqarov əvvəlcə onu xatırladıb ki, bu, nazirlərin illik görüşüdür. ATƏT çərçivəsində tədbir hər il keçirilir.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ermənistandan keçmiş ərazilərini ala bilərmi? - Tofiq Zülfüqarovdan ÖZƏL


Görüş ATƏT-ə sədrlik edən ölkədə baş tutur:

“Bu görüş, orada hansısa qərarların qəbulu ATƏT üçün önəm kəsb edir. Onlar fon yaratmaq istəyirlər ki, guya vasitəçilik funksiyası hələ də ATƏT-dədir. Görüşdə ATƏT tərəfindən qəbul olunan bəyanat, ya da sənəddə xüsusi bənd olmalıdır. Bunun razılaşdırılması isə son zamanların vacib məsələlərindən idi. Çünki Vyanada daimi nümayəndə tərəfindən bu mövzu diqqətdə saxlanılırdı. İndi isə yekun olaraq, ya xüsusi bəyanat, ya da sənəddə xüsusi bənd gözlənilir”.  

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin