"44 günlük Vətən savaşında qalib olmağımız Qafqazda böyük imkanlar açdı".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumundakı (“Peace4Culture” Partners Forum) çıxışında bildirib.
“Biz azad edilən ərazilərdə Azərbaycan mədəni irsinin dağılmasının şahidi olmuşuq. Bu səbəbdən beynəlxalq təşkilatları ora cəlb etmək istəyirik. Eyni zamanda, YUNESKO-ya müraciət etmişik. YUNESKO Baş direktoruna təşəkkür edirik ki, Azərbaycana səfər etdi. Azərbaycanın UNESCO-ya üzv seçilməsi bir daha ölkəmizə olan etimadı sübut edir. Biz görürük ki, mədəniyyətlər arasında qarşılıqlı əməkdaşlıq olmalıdır. Xalqımızın digər sivilizasiyalara hörmətini göstərmək istəyirik. Çünki, sülh xalqların birgəyaşayışı üçün çox vacibdir", - deyə Hikmət Hacıyev vurğulayıb.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:08 / 02.12.2021
“Vətən savaşındakı qələbəmiz Qafqazda böyük imkanlar açdı" – Hikmət Hacıyev
Hazırda oxunan: “Vətən savaşındakı qələbəmiz Qafqazda böyük imkanlar açdı" – Hikmət Hacıyev
Hazırda oxunan: “Vətən savaşındakı qələbəmiz Qafqazda böyük imkanlar açdı" – Hikmət Hacıyev
48676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.