Azərbaycan YUNESKO-nun daha bir komitəsinə üzv seçildi

Hazırda oxunan: Azərbaycan YUNESKO-nun daha bir komitəsinə üzv seçildi

48650

Noyabrın 30-u və dekabrın 1-də YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclas çərçivəsində YUNESKO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib.

Komitə üzvlüyünə Azərbaycanın da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan növbəti 4 il müddətinə Komitəyə üzv seçilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan 2021-2025-ci illər üzrə YUNESKO-nun İcraiyyə Şurasına da üzv seçilib.

"Hər iki seçkilərdə əldə edilmiş yüksək səs sayına əsaslanan qələbələr Azərbaycanın YUNESKO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir", - nazirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin