“Təxribat olsa, icazə verirəm üzümə tüpürün!” – Helikopter qəzasından danışan ÜZEYİR CƏFƏROV - VİDEO

Hazırda oxunan: “Təxribat olsa, icazə verirəm üzümə tüpürün!” – Helikopter qəzasından danışan ÜZEYİR CƏFƏROV - VİDEO

48586

“Qəzada təxribatın olması ümumiyyətlə mümkün deyil. Bilsəm ki, bu məsələdə narahatçılıq var, efirə gəlib sakit oturaram? Təxribat olsa, icazə verirəm kameralar qarşısından üzümə tüpürün”.

Bizim.Media xəbər verir ki, bu sözləri polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Müsavat.com-un canlı yayımında hərbi helikopterin qəza səbəbi ilə bağlı təxrubat versiyasına aydınlıq gətirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

HELİKOPTER QƏZALARI – Ən çox hansı səbəblərdən baş verir? - HADİSƏLƏR


Polkovnik qəzaya səbəb kimi helikopterin enmə zamanı hava axınına düşməsi versiyasını irəli sürüb:

“Həmin qəzada doğmasını itirən bir adam kimi deyirəm. Faciəyə səbəb məhz hava axınıdır. Çünki Mİ-17-lərin həssas məqamı ilə hava axını üst-üstə düşüb deyə bu qəza baş verib. Bu sadəcə olaraq mənim versiyamdır. Əsk fikir varsa, buyursunlar, bəlkə bilmədiyimiz nəsə var. Bu məsələnin araşdırılması və hüquqi qiymət verilməsi vacibdir ki, buna da nail olacağıq”,- deyə Üzeyir Cəfərov əlavə edib.  

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin