“Bu gün Əhməd Cavadın, Nuri Paşanın, Qafqaz İslam Ordusunun, Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür"
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanda kecirilən Zəfər paradında çıxışında deyib.
Türkiyə prezidenti Azərbaycanın 44 gün davam edən mübarizəsində şəhid olanlara Allahdan rəhmət diləyib:
“Qazilərimizə şəfalar diləyirəm. Şair Bəxtiyar Vahabzadənin dediyi kimi''
Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı, ancaq
Qanla möhürləyib, zorla alarlar.
İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:16 / 10.12.2020
Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini söylədi
Hazırda oxunan: Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini söylədi
Hazırda oxunan: Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini söylədi
4849
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.