Amerikalı generaldan Gürcüsütana təhlükəli təklif - TƏHLİL

Hazırda oxunan: Amerikalı generaldan Gürcüsütana təhlükəli təklif - TƏHLİL

4814

General-leytenant Frederik Bencamin Hodges (“Ben” Hodges) 2014-2017-ci illərdə ABŞ-ın Avropadakı ordusunun komandanı olub. Hazırda Avropa Siyasətinin Analizi Mərkəzində Perşinq strateji tədqiqatlar kafedrasının müdiridir. 

Bu günlərdə Gürcüstanın Birinci kanalına müsahibəsində general Ben Hodges bildirib ki, ABŞ və NATO-nun başlıca məqsədi Qara Dənizdə təşəbbüsü ələ almaqdır. Bu kontekstdə Vaşinqton Gürcüstana konkret təkliflər etməlidir. 

“Грузия Online” informasiya-analitik portalının yazdığına görə, general B.Hodges müsahibəsində vurğulayıb ki, “Gürüstanın ABŞ, Böyük Britaniya və digər NATO üzvlərinin uyğun infrastruktur yaratmaq üçün ölkəyə dəvət etməsini istərdim”.

Bu infrastruktur hava əməliyyatları üçün yardımçı rolunu oynamalıdır.

O, təklifinin detallarını da açıqlayıb. Amerikalı general NATO gəmilərinin Gürcüstan portlarına tez-tez sərbəst daxil ola bilməsi üçün Şimal Alyansı Anakliyada yeni port tikə bilər. Anakliya Qara Dəniz sahilində Poti ilə Oçamçira arasında yerləşən kurort şəhəridir. Yəni Abxaziya ilə həmsərhəd ərazidədir. Oradan Zuqdidi və Qaliyə birbaşa çıxış var. 

Bundan başqa, amerikalı general hesab edir ki, ABŞ Gürcüstanda hərbi baza yaratmalıdır. Bunun üçün Gürcüstan tərəfinin razılığı lazımdır. 

General onu da əlavə edib ki, söhbət daimi dislokasiyadan getmir. Çünki əsas məqsəd Qara Dənizdə təşəbbüsü ələ almaqdır. Hələlik NATO Kremlin həmlələrinə cavab verməklə məşğuldur.

Bəs ABŞ-a Gürcüstanda hərbi bazaya sahib olmaq nəyə lazımdır? Bu suala cavabında amerikalı general deyib ki, bazadan İraq və Suriyada problemlər meydana çıxsa, ora ordu göndərmək üçün istifadə edilə bilər.

Ancaq, onun fikrincə, Rusiyanı qıcıqlandırmar olmaz. Bununla yanaşı, B.Hodges Amerikanın Almaniya və Fransa ilə birlikdə Rusiyaya təzyiq etməli olduğunu da vurğulayıb. Konkret olaraq, Rusiyanı beynəlxalq hüquqa və səhədlərin suverenliyinə hörmət etməyə məcbur etmək gərəkdir. “Biz Rusiyaya diplomaik və iqtisadi təzyiq etməliyik” (B.Hodges). 

Ekspertlər general Hodgesin irəli sürdüyü bu tezisləri bütövlükdə Qərbin Cənubi Qafqaz siyasətində ola biləcək dəyişikliklərlə əlaqələndirirlər. Belə görünür ki, Qərbin siyasi və ekspert dairələrində bu regionda NATO-nun fəallaşmasına ehtiyac görürlər. 

Bunda məqsəd həm Rusiyanın (və deməli, həm də Türkiyənin) təşəbbüslərinin qarşısını almaq, həm də Orta Asiya və Yaxın Şərqə çevik hava müdaxiləsinə imkan qazanmaqdır. 

Lakin ekspertlərin qənaətinə görə, Amerikanın belə bir təşəbbüslə çıxış etməsi Cənubi Qafqazda geosiyasi riskləri artıra bilər. Çünki NATO əgər Gürcüstanda hərbi baza yaratsa və Qara Dənizdə yeni portlar tiksə, bu, bütövlükdə regionda yeni silahlanmanı alovlandıra bilər. Şübhə yoxdur ki, Rusiya və İran buna adekvat cavab verməyə çalışacaqlar.

Nəticədə regionda geosiyasi-hərbi durum daha təhlükəli vəziyyətə düşə bilər. Burada hərbi qüvvələr nisbətinin dəyişməsi və regiona əlavə hərbi qüvvələrin cəlb edilməsi xaosa apara bilər. 

Hər bir halda Vaşinqton general Hodgesin dili ilə təklifini edib. Tbilisi hələlik susur...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin