Gürcüstanın iki keçmiş azərbaycanlı deputatı yola getmir...

Hazırda oxunan: Gürcüstanın iki keçmiş azərbaycanlı deputatı yola getmir...

48122
“Zümrüd bəy bu günə kimi keçmiş təhlükəsizlik nazirinin müavini miliyyətcə erməni olan Vaja Leluaşvili tərəfindən "verbovka" olunmuş professional casusdur”.
 Bunu Moderator.az-a açıqlamasında Gürcüstan parlamentinin keçmiş deputatı Fazil Əliyev öz keçmiş həmkarının onun sözlərini təkzib etməsindən danışarkən deyib. Onun sözlərinə görə,  “Qeyrət” Hərəkatı vaxtı ilə indi axtarışda olan keçmiş qubernator Levan Mamaladze tərəfindən yaradılıb: 
“Zümrüd Qurbanovun işi-peşəsi Gürcüstanda olan azəri türklərini satmaqdır. Eyni vaxtda bir neçə dövlətə casusluq etməklə məşğuldur. Mən bu haqda dəfələrlə demişəm. Zümrüd Qurbanov küt bir insandır. Nə rus dilini bilir, nə də gürcü dilini. Sadadsız və səviyyəsiz bir eksponatdır. Allah qoysa onların hamısını siyasi arenadan silib atacağıq. Bu sözləri ona da çatdıra bilərsiniz. Elə eləməsin ki, onun buradakı ləqəbini  də mediaya bildirim. Mediya üçün çətin deyil. Rəsmi sorğu verin və dövlət strukturlarında hansı millətdən neçə nəfər çalışdığını görəcəksiniz. Əgər lazım gələrsə, mən həmin adamların ad və soyadlarını da verərəm. Mən Zümrüd Qurbanovu bir ziyalı saymıram. O çox səviyyəsiz bir casusudur. O bir zibildir. Mən isə öz adımın onun adı ilə bir yerdə çəkilməsini istəmirəm. Çünki bu onun kimilər üçün böyük reklamdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin