“Gürcüstanda azərbaycanlılara qarşı prinsipial mövqenin arxasında Gürcüstanın milli mənafeyinə təhlükə düşüncəsi və ikili standartın əsiri olmaq dayanır”.
Bunu Moderator.az-a açıqlamasında Gürcüstan parlamentinin eks azərbaycanlı deputatı, “Qeyrət” Hərəkatının idarə heyyətinin üzvü Zümrüd Qurbanov Gürcüstanda azərbaycanlılara qarşı laqeyd münasibətin arxasında hansı səbəblərin dayanması haqqında danışarkən deyib.
Onun
sözlərinə görə, bu mövqenin səbəbini öyrənmək üçün çox yerlərə müraciət etsələr
də, müraciətlərinə baxılmayıb: “Çox yerlərə müraciət etmişik, mətbuat konfransı
keçirmişik, dövlət strukturlarına təklif və iradlarımızı bildirmişik, amma heç
bir faydası olmayıb”.
Bununla yanaşı Zümrüd Qurbanov Gürcüstan Naminə
Partiyasinin sədri Fazil Əliyevin “Gürcüstanda kürdlərə dövlət strukturlarında
iş verilir” kimi mətbuatda getmiş fikirlərini təkzib etdi: “Fazil Əliyev bunu
necə təsdiq edə bilər ki? Gürcüstanda kürdlərin fəaliyyəti heç hiss olunmur,
bunu şişirtməyin mənası nədir?”
Qeyd edək ki, bir neçə gün öncə, Gürcüstan
parlamentinin keçmiş azərbaycanlı deputatı Fazil Əliyev Gürcüstanda kürdlərin azərbaycanlılara
nisbətən dövlət strukturlarına daha həvəslə cəlb edilməsi haqqında Azərbaycan mətbuatına
açıqlama vermişdi.
































































































