Azərbaycan-Pakistan Birgə Komissiyasının iclası keçiriləcək

Hazırda oxunan: Azərbaycan-Pakistan Birgə Komissiyasının iclası keçiriləcək

48071

Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaxın zamanlarda növbəti iclası keçiriləcək.

Bizim.Media-nın məlumatına görə, bu, bu gün Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşdə bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Pakistan prezidenti İlham Əliyevə "vaxtı düzgün seçmişdiniz" dedi - FOTO


Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulandı.

Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib.

Görüşdə ölkələrimiz arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin