Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammitinin yekun Bəyannaməsi imzalanıb.
Bizim.Media xəbər verir ki, Bəyannamədə Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ünvanlanıb:
MÖVZU İLƏ BAĞLI:
Prezidentin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısındakı çıxışı - VİDEO
"Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq".
Sənəddə bundan sonrakı mərhələdə Qafqaz regionunda mehriban qonşuluq münasibətlərinin qurulmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, İƏT-ə üzv dövlətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə qoymaq imkanları araşdırılacaq.
Bizim.Media