QUDAL təşkilatı: "İlham Əliyev dünyada ən yaxşı prezidentdir"

Hazırda oxunan: QUDAL təşkilatı: "İlham Əliyev dünyada ən yaxşı prezidentdir"

47910
Moderator.az-ın elektron poçtuna QUDAL ”“ QUality meDAL, Beynəxalq ICERTIAS ”“ International Certification Association təşkilatından məktub daxil olub. Məktubda göstərilir ki, aparılan rəy sorğusuna görə, İlham Əliyev dünyada ən yaxşı prezident seçilib.

Məktubun sərlövhəsi məhz bu cürdür:

İlham Əliyev dünyada ən yaxşı siyasətçi kimi seçilmişdir   

Daha sonra göstərilir ki, İsveçrə təşkilatı olan ICERTIAS tərəfindən Azərbaycanda keçirilən ilk QUDAL ”“ Keyfiyyət Medalı sorğusunda dünyada ən yaxşı siyasətçinin kim olması barədə verilən sualı Azərbaycanlı vətəndaşlar belə cavablandırmışlar: İlham Əliyev
 
Qeyd olunur ki, sorğu azərbaycanlı vətəndaşlar arasında və bu ilin may ayında 15 yaşdan yuxarı 1 200 Azərbaycan vətəndaşı arasında keçirilib. 
 
Verilən informasiyaya görə, respondentlərə ünvanlanan sual belə olub: 
 
“Sizcə, hal-hazıırda dünyada ən yaxşı siyasətçi kimdir?” 
 
Respondentlərin əksəriyyətinin bu suala cavabı belə olmuşdur - “İlham Əliyev”.

Təşkilat qeyd edir ki, İlham Əliyev həmçinin, ən yaxşı yerli siyasətçi kateqoriyasında da ən yüksək səs sayı ilə irəlidədir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin