İlham Əliyev Putinə məktub yazdı - Tam mətn

Hazırda oxunan: İlham Əliyev Putinə məktub yazdı - Tam mətn

47821
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə təbrik məktubu yazıb. 


Moderator.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Dövlət bayramınız ”“ Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Bu gün Rusiya Federasiyası sosial-iqtisadi və ictimai-siyasi sahələrdə sanballı uğurlar qazanmış müasir dövlətdir. Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı dəyişikliklər ölkənizin daha da inkişaf etməsinə şərait yaradır.

Xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri müxtəlif sahələrdə ümumi maraqları ehtiva edən uğurlu əlaqələrin möhkəm təməlini təşkil edir.

Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, çoxplanlı Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri və strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın firavanlığı, regionda sülh və sabitlik naminə bundan sonra da uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq arzu edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin