Bu gün SOÇİDƏ – Paşinyan Türkiyə üçün nə hazırlayıb?

Hazırda oxunan: Bu gün SOÇİDƏ – Paşinyan Türkiyə üçün nə hazırlayıb?

47681

Noyabrın 24-də erməni mətbuatında yayılan xəbərlərdə, dekabrın 15-dən etibarən İrəvan-İstanbul reysi üzrə aviauçuşlara start veriləcəyi qeyd olunub.

Sözügedən informasiya istər Azərbaycan mediasında, istərsədə ictimai sferada geniş müzakirələrə səbəb olub. Ələxsus da, Türkiyə rəsmilərinin Ermənistanla normallaşma prosesi ilə bağlı tutduğu mövqe bir sıra suallar doğurub. 

Qeyd edək ki, daha əvvəl həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də digər dövlət rəsmiləri Ermənistanla normallaşmanın sadəcə Azərbaycanla paralel olaraq həyata keçirilməsinin mümkün olduğunu bəyan ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

3+3 formatında Qarabağın statusu müzakirə olunmayacaq - Paşinyan


İndiki situasiyada isə, Azərbaycanla Ermənistan arasında münasibətlərdə müsbətə doğru hər hansı yenilik nəzərə çarpır. 

Belə olan halda isə, ağıla gələn ilk sual Türkiyənin Ermənistandan avireyslərə hansı səbəbdən icazə verməsidir.

İlk olaraq, rəsmi Ankaranın verdiyi bəyanatların ziddinə addım atması variantını kənarlaşdırmaq daha doğru olardı. Çünki istər 44 günlük müharibə dönəmində, istərsə də post-konflikt dövründə Türkiyə Azərbaycanın yanında qeyd-şərtsiz mövqe tutduğunu dəfələrlə isbat edib. Ələxsus da, Şuşa bəyannaməsini imzalamaqla tərəflər bir-birilərinin təhlükəsizliyin ortaq müdafiəsinin əsas prioritet olduğunu nümayiş etdiriblər.

Belə olan halda, sualımıza başqa yöndə cavab axtarmaq daha məqsədəmüvafiq olardı.
Bu zaman isə, digər önəmli detalı diqqəti daha çox çəkir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova Türkiyə-Ermənistan normallaşmasını müsbət qiymətləndirdiyini mətbuata açıqlaması zamanı qeyd edib. Bundan əlavə, Rusiya rəsmisi İrəvanın Ankara ilə normallaşma üçün Moskvaya müraciət etdiyini də təsdiqləyib. Məsələyə, bu aspektdən nəzər saldıqda bir sıra mətləbləri daha aydın görmək mümkün olur.

Aviareyslərin bərpasında Rusiya izləri

Son dönəmlər Türkiyə ilə əlaqələri yüksəlişdə olan Kreml, bunun əksinə olaraq İrəvanla ortaq nöqtəyə gələ bilmir. Xüsusilə də, Paşinyanın Rusiyanın marağının ziddinə davranışlar sərgiləməsi Moskvanı məcburetmə və inandırma variantlarına əl atmağa vadar etdiyi aydın görünür. Məcburetmə variantı kimi Rusiya 16 noyabrda Azərbaycanın erməni təxribatının cavabını sərt dillə verməsinə, Ermənistanın bütün yalvarışlarına məhəl qoymayaraq uzun müddət səssiz qalmağı seçdi.

İndiki situasiyada isə, görünən qədərilə, Kreml erməniləri inandırma variantı ilə sülh prosesinə vadar etməyə çalışır. Belə ki, İrəvan-İstanbul reyslərinin açılması xəbəri sıravi ermənilərdən tutmuş, Paşinyan administrasiyasına qədər bütün ermənilərə türkofobiyanın nə qədər mənasız olduğunu təsdiqlədi.

Bununla da Ankara Ermənistana normallaşma ilə bağlı fikirlərində nə qədər ciddi olduğunu nümayiş etdirdi.

Təbii ki, regionda müstəqil güc olduğunu dəfələrlə isbat edən Türkiyənin təkcə Moskvanın xahişi ilə bu addımı atması heç də real variant deyil. Ankaranın bu gedişinin əsas səbəbi danışıqlar prosesinin nəticə əldə etməsi üçün öz ağırlığını ortaya qoyması idi.

Prosesin 26 noyabrdan bir neçə gün öncə baş verməsi isə Soçidəki görüşdə mühüm irəliləyişlərin əldə olunması ehtimallarını daha da artırır.

Bir sözlə, hər şey Ermənistanın onun qarşısına qoyulan bu fürsətə hansı reaksiyanı verməsindən asılıdır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin