Azərbaycan kommunistləri Venesuelada nəyə nəzarət edib? – ÖZƏL FOTO

Hazırda oxunan: Azərbaycan kommunistləri Venesuelada nəyə nəzarət edib? – ÖZƏL FOTO

47627

21 noyabr 2021-ci il tarixində Venesuela Bolivar Respublikasında yerli özünüidarəetmə orqanlarına, mer və qubernator postlarına seçkilər keçirilib. Seçkiləri izləmək üçün ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Türkiyə, Fransa və Çin də daxil olmaqla 50 ölkədən 160-dan çox müşahidəçi, həmçinin Avropa İttifaqından böyük nümayəndə heyəti dəvət olunub. Müşahidəçi kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov da rəsmi dəvət alaraq iştirak edib.

Bizim.Media eks deputatla əlaqə saxlayıb və onun Venesueladakı görüşləri barədə özəl informasiya toplayıb.

Çünki Rauf Qurbanov seçkidən əvvəl Venesuelada keçidiyi görüşlərə də toxunub. Xarici işlər (üzrə xalq hakimiyyəti) naziri Feliks Plasensia ilə də görüşüb.

Görüşlərdə Azərbaycan və Venesuela Bolivar Respublikaları arasında siyasi dialoqun genişləndirilməsi, dostluq və işgüzar əlaqələrin inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunub: 

“Bununla  yanaşı, 44 günlük Vətən müharibəsində Bloklara qoşulmayan ölkələrin (Qoşulmama Hərəkatı) sırasında Venesuela Bolivar Respublikasının Azərbaycanın haqq işinə dəstəyinə görə, bir Azərbaycan vətəndaşı olaraq onlara öz dərin təşəkkürümü bildirdim. Venesuela rəsmiləri  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Nikolas Maduro arasında mehriban dostluq münasibətlərinin olmasından məmmunluq hisslərini qeyd etdilər və gələcəkdə ölkələrimiz arasında daha da sıx iqtisadi-siyasi və mədəni əlaqələrin qurulacağına dərin inamlarını bildirdilər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin