Dünən millət vəkili Əli Məsimlinin Moderator.az-a açıqlamasında Azərbaycanın Gürcüstana investisiya yatırımı məsələsinə önəm verilməsinin zəruriliyini bir daha qabartması əslən Borçalıdan olan "Borçalı" İctimai Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədlinin ürəyincədir. moderator.az/?xeber=47470
Moderator.az-a açıqlamasında Z. Məmmədli təəssüflə qeyd edir ki,hökumət bu istiqamətdə lazım olan addımları atmağa nədənsə can atmır:
"Əli Məsimlinin qənaəti çox doğru yanaşmadır. Proqram olsa da strateji hədəflənmə yoxdur. Odur ki, biz Azərbaycanda "Borçalı" Cəmiyyətinin icma olaraq tanınması məsələsini qaldırmışıq. Bu istiqamətdə müraciətimiz hazırlanır. Icma ilk növbədə siyasi hakimiyyət tərəfindən tanınmalı, sonra digər hüquqi prosedurlar həyata keçirilməlidir. "Borçalı" cəmiyyətinin icma təmsilçisi olaraq tanınmasını istəyirik. Bu barədə danışmaq hələ ki, tezdir. Icma vahid mərkəz modelini bərqərar etmək istəyi ilə bağlıdır."
































































































