Putin Paşinyana niyə qəzəblənib? – Soçi görüşünün PƏRDƏARXASI MƏQAMLARI

Hazırda oxunan: Putin Paşinyana niyə qəzəblənib? – Soçi görüşünün PƏRDƏARXASI MƏQAMLARI

47471

“Rusiya üçtərəfli formata başqa bir ölkənin, təşkilatın qatılmasını istəmir. Yoxsa Brüssel görüşü barədə eşidəndə Kreml həyəcanlanmaz, Putin Paşinyana qəzəblənməzdi. Brüssel görüşündən əvvəl Soçinin təyin olunması həm Brüssel görüşünün əhəmiyyətinin heçə endirilməsi, həm də bu məsələdə Rusiyanın tələsməyə başladığına əyani sübutdur”.

Bizim.Media-ya özəl açıqlamasına bu fikirlərlə başlayan sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Cənubi Qafqazda söz sahibi olmaq uğrunda Amerika başda olmaqla Qərblə Rusiya arasında ciddi mübarizə gedir. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan bəyan etdi: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır


Professorun fikrincə, Brüssel görüşünün təyin edildiyi vaxtda Putinin 2 dəfə Paşinyana zəng etməsi də təsadüfi deyil:

“Yəni heç kimə sirr deyil ki, Brüssel görüşü barədə məlumatlar Rusiyada aydın səmada çaxan şimşək təsiri bağışlayıb. Puitin Brüssel görüşünün keçirilməsindən narazılığını biruzə verən telefon zəngləri etdi”.

Politoloq bildirib ki, bu zənglər əsasən Paşinyana edilib. Belə ki, Brüssel görüşünün təşəbbüskarı Nikoldur və Putin bunu yaxşı bilir:

“İkinci telefon zəngindən sonra yayılan informasiyalarda Paşinyanın Rusiyanın ünvanına səsləndirdiyi komplimentlərə, təriflərə yer verilib. Rusiya nəbz yoxlaması apardıqdan, əsasən də Paşinyanın əhval-ruhiyyəsini öyrəndikdən sonra diplomatik addımlar atmağı qərarlaşdırdı və Soçidə üçtərəfli görüşün vaxtı müəyyənləşdirildi”. 
 

Qabil Hüseynli Soçi görüşünün müxtəlif məsələlərin həll edilməsi baxımından cəlbedici olduğunu da gizlətməyib. Gündəlikdə duran əsas məsələlər isə gözlənildiyi kimi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyasıdır. Amma Paşinyan Ermənistan üçün anklavların da ciddi məsələ olduğunu dilə gətirib. Çünki bu məsələdə kompromis tapmaq asan deyil:


“Bir sözlə, diqqətlər Soçidə Putinin moderatorluğu ilə keçiriləcək görüşə mərkəzlənib və hamı nəticələri gözləməkdədir. Çünki sülh müqaviləsi haqqında danışmayan Paşinyan bu məsələlər ətrafında ciddi müzakirələrə hazırlığın getdiyini deyib”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin