Ermənistan xarici siyasət idarəsinin yeni rəhbərinin sərsəm açıqlamaları növbəti qarşıdurmalara zəmin yaradır. Bu cür bəyanatlar 44 günlük müharibənin sonucu olaraq əldə olunan üçtərəfli razılaşmanın şərtlərinə hörmətsizlikdir. Ara Ayvazıyan Azərbaycan Əsgərinin qorxusundan girməyə siçan deşiyi axtardığı vaxtları nə tez unundub?
Politoloq Zaur Məmmədov Bizim.Media-ya açıqlamasında belə deyib.
O, bildirib ki, fransız himayədarlarının yanında özünü komfortda hiss edən arakimilər anlamalıdır ki, siyasət meydanı uşaq bağçası deyil ki, isti qucağa sığınıb “xox” gələsən. Azərbaycan hazırda bağlanan sazişin bütün şərtlərinə sözbəsöz əməl edərək yüksək diplomatik mədəniyyət nümayiş etdirir. Amma bundan əvvəl də 30 illik səbrimizin sonunda sərbəst hərəkət etmək imkanımızı ortaya qoyduq. İndi əlimizdə imkanlarımız daha da çoxdur, bunun qarşısında nə Fransa, nə də başqa dövlət bizim hüquqlarımıza, haqqımıza girmək kimi bir hərəkət edə bilməz:
“Ermənistanın yeni Xarici İşlər nazirinin sərsəm bəyanatları bir daha onların cəmiyyətinin genetik problemlərinin olduğunun göstəricisidir. Çünki üçtərəfli sazişdən sonra Ermənistan XİN rəhbərinin bu razılaşmanı poza biləcək açıqlamaları onu göstərir ki, həmin şəxs reallıq ilə barışmaq istəmir''.
''Onun diqqətinə çatdırmaq lazımdır ki, ay Ara Ayvazyan, səndən əvvəlki Ermənistan Xarici işlər naziri və baş naziri də öz aləmində Azərbaycana meydan oxuyurdu, lakin onlar da bu 44 günlük müharibədə deşik axtarırdılar ki, gizlənsinlər. Putin və Makron başda olmaqla dünyanın müxtəlif liderlərinə yalvarırdılar. İndi sən də həmin o məğlub olmuş xalqın nümayəndəsisən ki, qorxaq və cəsarətsiz simanızı göstərdiniz”.
Politoloqun fikrincə, Ermənistan artıq başa düşməlidir ki, Dağlıq Qarabağ ümumiyyətlə yoxdur, Dağlıq Qarabağ 1991-ci ildə ləğv edilib. O ki qaldı Fransanın ictimai-siyasi, mədəni xadimlərinin Dağlıq Qarabağa səfərlərinə, intensiv siyasi həmlələr reallaşdırmaqlarına:
“Fransız deputatlardan da soruşmaq lazımdır ki, Azərbaycan ərazilərinə icazəsiz necə gəlib daxil olmusuz, Azərbaycanın ərazisi olan Qarabağda sizin nə işiniz var? Fikrimcə, bunlarla bağlı konkret mövqe ortaya qoyulmalıdır. Onlar Dağlıq Qarabağın müstəqilliyi və bu xam xəyalın tanınması ilə bağlı müəyyən işlər görür''.
''Anlamırlar ki, beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Erməni diasporunun yardımı ilə müxtəlif postlar tutan və onlardan maliyyə yardımı alan Fransanın muxtariyyət siyasətçiləri başa düşməlidir ki, regionda status-kvo dəyişib. Belə deyək, Fransanın bu cür anti-Azərbaycan bəyanatlar verməsinin digər səbəbi də Fransa-Türkiyə münasibətlərinin gərginliyi ilə də izah olunur”.
Politoloqun fikrincə yaxın zamanda Türkiyə və Fransa münasibətlərinin normallaşmasının şahidi ola bilərik, çünki Böyük Britaniyanın başçılığı ilə regionda yeni düzən qurulmaqdadır. Zaur Məmmədov vurğuladı ki, bunun nəticəsi kimi Türkiyənin İsrail, ABŞ, Misir və Səudiyyə Ərəbistanı ilə münasibətlərinin nizamlanması göstərir ki, ardınca Ankara-Paris əlaqələri də yaxşılaşa bilər.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:18 / 09.12.2020
Zaur Məmmədov: "Ara Ayvazyan girməyə deşik axtardıqları vaxtı nə tez unudub?"
Hazırda oxunan: Zaur Məmmədov: "Ara Ayvazyan girməyə deşik axtardıqları vaxtı nə tez unudub?"
Hazırda oxunan: Zaur Məmmədov: "Ara Ayvazyan girməyə deşik axtardıqları vaxtı nə tez unudub?"
4731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.